Sabiq nazir: "Xiyarın formasını müəyyənləşdirən Avropanı istəmirəm"

MARAQLI
00:21 18.11.2011
1465

Gürcüstanın sabiq maliyyə naziri, tanınmış iqtisadçı Kaxa Bendukidze Avropa bürokratiyasını tənqid atəşinə tutub. Gürcüstan mətbuatının yazdığına görə, “Ekonomist” nəşrinin konfransında çıxış edən Bendukidze Gürcüstanın bürokratik Avropaya inteqrasiyasının əleyhinə olduğunu bildirib. “Mən insan haqlarına hörmət edən Avropanın bir hissəsi olmaq istəyirəm. Lakin digər Avropa da var. Bu, bürokratik Avropadır”, - deyə o vurğulayıb. Bendukidze bildirib ki, bürokratik Avropada vergi dərəcələri ilə yanaşı xiyarın hansı formada yetişəcəyi müəyyənləşdirilir: “Belə Avropa istəmirəm. Belə Avropa ölüm ayağındadır. Əlavə və lazımsız bürokratik qaydaları tətbiq edən Avropa böhran içindədir”.

OXŞAR XƏBƏRLƏR