Sabirabadda 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Sabirabadda 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
SOSİAL
22:45 01.02.2026
782
Sabirabad sakini dəm qazının qurbanı olub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hüseyn Cavid küçəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamamda olan zaman dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR