Sabirabadda azyaşlı faciəli şəkildə öldü

Sabirabadda azyaşlı faciəli şəkildə öldü
Bütün Xəbərlər
16:16 25.08.2015
954
Sabirabad rayonunda azyaşlı faciəli şəkildə ölüb.
Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Sabirabad rayonunun Qəfərli kəndində azyaşlı Nuranə Mahmudova elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
İlkin ehtimala görə hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırmalar başlayıb.
Bundan əvvəl də oxşar hadisə Kürdəmir rayonunda baş vermişdi. Muradxan kəndində azyaşlı Mehralı Dünyamalıyev yaşadığı evin həyətində elektrik cərəyanı vurmuşdu.
Azyaşlı "tok" vurması nəticəsində hadisə yerində ölmüşdü.
OXŞAR XƏBƏRLƏR