10:26 Bazar Günü, 19 May 2019
SOSİAL

Sabirabadda yeni doğulan əkizlər ölüb

23:13, 22.04.201914397
Sabirabadda yeni doğulan əkizlər ölüb
Sabirabadda uşaq ölümü baş verib.

İmişli rayonu Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Nəbiyeva Günel Şəmşir qızı hamiləliklə əlaqədar Sabirabad Perinatal Mərkəzə daxil olub.

Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və əkiz uşaqlar ana bətnindən götürülüb. 31-32 həftəlik körpələr küvəzə yerləşdirilib. Üç gün sonra isə körpələr orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bundan öncə Bərdə və Sumqayıtda da yeni doğulan körpə ölümü qeydə alınmışdı. Bu gün İmişlidə bir körpənin doğuşdan sonra ölməsi barədə xəbər yayılmışdı.
 
///Oxu.Az
XƏBƏR LENTİ