Sabirabadlılara xoş xəbər: Gənc deputatdan açıqlama

Sabirabadlılara xoş xəbər: Gənc deputatdan açıqlama
SOSİAL
13:04 30.04.2020
1028
63 saylı Sabirabad seçki dairəsindən deputat seçilən Kamal Cəfərov sabirabadlıların çoxdan gözlədiyi problemi həll edib.
 
Deputat AZXEBER.COM-a açıqlamasında deyib ki, rayonun kanalizasiya problemi həll edilir:
 

Təşviqat kampaniyası zamanı şəxsən şahidi olduğum Sabirabad şəhərindəki 5 mərtəbəli binaların kanalizasiya problemi ilə bağlı "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovla telefon əlaqəsi saxladım.

Qorxmaz müəllim məsələni nəzarətə götürdü və dərhal müvafiq tapşırıqlar verdi. Şirvan regional su-kanal idarəsinin rəisi Azad müəllim bildirdi ki, qeyd edilən problemin həlli ilə bağlı proses artıq başlayıb və cari ilin may ayında Sabirabad şəhərində Heydər Əliyev prospektində yerləşən 2B, 2Q, 23B, 62 və 118 nömrəli binalar, o cümlədən İ.İsgəndərov küçəsində yerləşən 3 və 5 nömrəli binaların (ümumilikdə 7 bina) kanalizasiya problemi tamamilə həll ediləcək. Bu minlərlə sakinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərəcək.

Deputat "Azərsu" sədrinə təşəkkür edib: "Məsələnin həlli ilə bağlı çevik reaksiyaya görə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova və bu prosesdə müvafiq dəstəyi verən Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova təşəkkür edirəm.

Kamal Cəfərov seçicilərinə də söz verib: Sizlərə söz verirəm ki, hər binanın kanalizasiya infrastrukturunun təmirindən sonra elə həmin binanın həyətində Sizlərin qəbuluna gələcəm".

OXŞAR XƏBƏRLƏR