Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, həmçinin yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, yanğın nəticəsində açıq ərazidə 500 kv.m. sahədə qamışlıq yanıb.
Yaxınlıqda yerləşən tikililər və ətraf ərazilər yanğından mühafizə olunub.