Saç baxımında təbii məhsullardan istifadə saçların daha sağlam uzanmasına və daha parlaq görünməsinə kömək edir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, təbii saç baxım məhsullarını qulluq rutinlərinizə əlavə etməklə onların faydalarını görə bilərsiniz.
Sağlam yağlar arasında yer alan kakos yağı saç baxımı rutininə əlavə olunduqda saçların sağlam şəkildə uzanmasına və həcm qazanmasına kömək edir.
Saç baxımında istifadə edilən kokos yağı limonun tərkibindəki sağlam turşu ilə birləşdirildikdə təbii baxım məhsulu əldə etmək mümkün olur.
Limon və kakos yağı ilə təbii saç baxım məhsulu əldə etmək üçün əvvəlcə saçınızın uzunluğuna görə ideal miqdarda kakos yağını bir qaba tökün və üzərinə 3 xörək qaşığı limon suyu əlavə edin. Sonra qarışıq homojen olana qədər qarışdırın. Əldə edəcəyiniz təbii saç baxım məhsulunu saçınıza masaj edərək tətbiq edin.
Kokos yağı və limon qarışığını krem kimi saçınıza sürtmək saçlarınıza parlaqlıq verir və ağarmanın qarşısını alır. Bu qarışığı həftədə 3 dəfə saçınıza çəkə bilərsiniz.
Oksana