“Şahdəniz-2” layihəsi üzrə daha bir müqavilə imzalandı

İQTİSADİYYAT
13:00 28.12.2013
1286

“Şahdəniz” konsorsiumu Xəzər dənizində eyniadlı qaz yatağının Mərhələ 2 çərçivəsində işlənməsi üçün növbəti iri müqavilə bağlayıb.

“BP-Azerbaijan” şirkətindənverilən məlumata görə, bu müqavilə “Şahdəniz 2” layihəsi üçün müfəssəl mühəndis -layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işləri üzrə dəstək xidmətlərinin göstərilməsi üçündür və KBR şirkəti ilə bağlanıb.Müqavilənin bağlanması 17 dekabr tarixində Bakıda imzalanan Mərhələ 2 işlənməsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib.Müqavilənin dəyəri 365 milyon dollardır. Sözügedən müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir.Bu müqavilənin iş həcmi aşağıdakılardan ibarətdir:Bir-biri ilə körpü vasitəsilə birləşdirilən iki platformadan ibarət Şahdəniz Mərhələ 2 dəniz kompleksi üçün dənizdə mühəndis-layihələndirmə işlərinə dəstək;Səngəçal terminalında hər birinin gücü gündə 900 milyon kubfut olan iki qaz texnoloji xəttindən ibarət qaz emalı qurğusu və gündə təxminən 105 000 barel gücə malik kondensat emalı qurğuları üçün quruda mühəndis-layihələndirmə işlərinə dəstək xidmətləri;Təchizat-tədarük xidmətlərinin göstərilməsi, layihə üzrə məlumatların idarə olunması üçün inteqrator.Qeyd edək ki, “Şahdəniz Mərhələ 2” layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. “Şahdəniz Mərhələ 2” layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub- metr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.“Şahdəniz tərəfdaşları” (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP, operator (28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10 %), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%).

OXŞAR XƏBƏRLƏR