“Şahdəniz 2” təbii qazla təmin olunma problemini həll edəcək” - Taner Yıldız

İQTİSADİYYAT
12:16 17.12.2013
1231

“Şahdəniz 2” layihəsi Avropa İttifaqı ölkələrinə böyük fayda verəcək.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız“Şahdəniz-2” yekun investisiya qərarının imzalanması mərasimində deyib.O bildirib ki, bu, layihədə iştirak edən ölkələrə, o cümlədən bölgə ölkələrinə davamlılıq gətirəcək:“Bu, təkcə iqtisadiyyatla bağlı olmayacaq. Bu layihə təkcə Türkiyənin deyil, Avropa İttifaqı ölkələrinin də qaz ehtiyacının ödənilməsinə yönəlib.Bundan əvvəl Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri var idi. Amma bunlar kifayət etmirdi. Bu layihə isə təbii qazla təmin olunma problemini həll edəcək”.T.Yıldız sözlərinə əlavə edib ki, Türkiyə belə regional əməkdaşlığı dəstəkləyir və bundan sonra da bu tipli layihələrdə iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR