Sahibkarlara 262,7 milyon manat güzəştli kredit verilib

İQTİSADİYYAT
18:40 07.11.2013
1282

Saatlı rayonunun Kamallı kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda keçirilmiş tədbirdə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən 62 sahibkara 532,9 min manat güzəştli kredit verilib.

AZXEBER.COM-un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 100-ə yaxın yeni iş yerinin açılmasına imkan verir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3859 investisiya layihəsinin maliyyələşdirilməsinə 262,7 milyon manat güzəştli kredit verilib.

Onun sözlərinə görə, bu kreditlər hesabına 10900-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur:

“İndiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6860 investisiya layihəsinin maliyyələşdirilməsinə 313,9 milyon manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 27000-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir”.

OXŞAR XƏBƏRLƏR