“Sahibkarlara, iş adamlarına dostluq təklif edirik” - Mikayıl Cabbarov+Video

“Sahibkarlara, iş adamlarına dostluq təklif edirik” - Mikayıl Cabbarov+Video
TOP4
23:42 27.10.2019
17978
İqtisadiyyat Naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra ilk müsahibəsini verib.

AZXEBER.COM-un məlumatına görə, M.Cabbarov Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Həftə” verilişində qonaq olub. Mikayıl Cabbarov dövlət başçısının fərmanı ilə Vergilər Nazirliyinin və Dövlət Əmlak Komitəsinin İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsindən sonra görüləcək işlərdən danışıb:

"Cənab prezidentin tapşırıq və göstərişlərinə uyğun olaraq işimizi quracağıq. İqtisadi inkişaf tempinin xüsusilə qyeri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr və hədəflər qarşımızda durur. Növbəti həftələr ərzində qarşımızda duran əsas məsələlərdən biri "həmin hədəflərə necə çatmaq olar” sualına cavab olacaq.

İşimizi müsbət bünövrə üzərində quracağıq. Makroiqtisadi vəziyyətə nəzər salsaq, prinsip etibarilə müsbət göstəricilərimiz mövcuddur. Xarici borcumuz aşağı səviyyədədir. Son 10 ay ərzində sürətlə qeyri-formal iqtisadiyyatın formala- yəni "kölgədən ağa çıxmasını müşahidə edirik. Bunu yeni iş yerlərinin, əmək müqavilərinin sayının artımında, gömrük, vergi mədaxilində görüb-müşahidə edirik. Maliyyə sektorunda banklarda olan vəsaitlərin sürətli artımını müşahidə edirik. Bir sözə, ümumi müsbət tendensiyalar mövcuddur. Eyni zamanda dövlət başçısının çıxışında qeyd olunduğu kimi bir sıra qeyd edilən çatışmazlıqlar da var. O çatışmazlıqlarla mübarizə aparmaq İqtisadiyyat Nazirliyinin əsas vəzifəsi kimi görürük”.

Nazir qeyd edib ki, başlıca vəzifələrdən biri də yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun artırılması olacaq:

"Həyata keçirdiyimiz işlərdə ana prinsip təmin edilmiş iqtisadi müstəqilliyin qorunub saxlanılması, başqa sözlə desək, Azərbaycan iqtisadiyyatının dövlətimiz qarşısında duran vəzifələrin həlli üçün zəruri olan resursları təmin etmək, yeni iş yerlərinin yaradılmasına xidmət etmək, əhalinin məşğulluğunu artırmaq, iqtisadi fəallığı artırmaq kimi hədəflərdir. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi həm dövlətin-büdcənin imkanlarını artırır, həm vətəndaşların imkanını artırır. Bu istiqamətdə də fəaliyyətimizi quracağıq".

Cabbarov qeyd edib ki, bazar iqtisadiyyatının rəqabət prinsipləri əsasında inkişafı üçün antiinhisar qurumların fəaliyyəti gücləndiriləcək:

"Azad rəqabət prinsipinin təmin edilməsi üçün bütün iqtisadiyyatlarda antiinhisar qurumlar fəaliyyət göstərir. Bu qurumun əsas məqsədi azad rəqabətin qorunmasıdır. Çünki rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın qorunur. Bizim iqtisadiyyatda bəzi hallarda hələ də antiinhisar sahəsində problemlərlə rastlaşırıq. Bu özünü müxtəlif amillərdə - ilk növbədə qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında büruzə verir. Ona görə də, başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri mütəxəssislərlə təmin etmək, çatışmayan qanunları qəbul etmək, mövcud qanunvericiliyin tətbiqini gücləndirməkdir”.

Nazir yeni postda sahibkararlara, investorlara müraciət də edib:

"Sahibkarlara, iş adamlarına dostluq və dost münasibəti təklif edirik. Dostluq ikitərəfli yoldur. Sahibkarın problemi olduğu halda İqtisadiyyat Nazirliyinin borcudur ki, onların problemlərini dinləyib həll etsin. Sahibkar da müvafiq olaraq dost kimi üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Vergiləri ödəməli, işini şəffaf qurmalıdır. Cənab Prezident dediyi kimi, başqa öhdəlikləri yoxdur. Biz bu dostluğa sadiq olacağımıza söz veririk. Sahibkarları da buna dəvət edirik". 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?