Şahruddin əməliyyat edildi, iki ay yarım oynamayacaq

Şahruddin əməliyyat edildi, iki ay yarım oynamayacaq
İDMAN
14:30 19.12.2021
460
"Qarabağ” klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyədə əməliyyat olunub.

Bu barədə Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı qolkiper sağ qolundakı problem ucbatında cərrahi müdaxiləyə ehtiyac duyub. Həkimlərin ilkin rəyinə əsasən, Məhəmmədəliyev 2,5 ay sonra yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, daha əvvəl "köhlən atlar”ın digər qapıçısı Emil Balayev də Almaniyada əməliyyat edilib. Onun yanvarın ortalarında sıraya dönəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR