Şahzadə Diananın naməlum fotoşəkli tapıldı - FOTO

MAQAZİN
09:04 04.01.2013
2617
Şahzadə Diananın 26 fevral 1981-ci il tarixdə çəkilmiş ağ-qara fotoşəkli tapılıb.Şahzadə Çarlzla nişanlanmasından 2 gün sonra çəkilmiş şəkildə Diana kitab oxuyan bir oğlanın dizinə başını qoyaraq uzanıb və gülümsəyir. Qeyd edək ki, şəklin üstündə “çap edilməyəcək” sözləri diqqəti cəlb edir.Məlumata görə, foto şəkil 17 – 24 yanvar tarixində ABŞ-da fəaliyyət göstərən “RR” hərrac evi tərəfindən satışa çıxarılacaq.Şəklin İngiltərədə nəşr olunan “Daily Mirror” qəzetinin arxivindən pulla alındığı bildirlir.

OXŞAR XƏBƏRLƏR