Şahzadə Harri atasından danışmadı

Şahzadə Harri atasından danışmadı
DÜNYA
13:30 09.02.2024
164
Böyük Britaniyaya səfərindən cəmi iki gün sonra Şahzadə Harri Las Veqasdakı "Resorts World Teatrı"nda 2024 NFL Mükafatları mərasimində görüntülənib.
 
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, o, İlin Adamı Mükafatını Pittsburgh Steelers-dən Kemeron Heyvarda təqdim edib.
 
Mükafatını şahzadənin əlindən alan idmançı "Mən buna inana bilmirəm, bu, Şahzadə Harrinin özüdür" deyə təəccübünü gizlədə bilməyib.
 
Tədbirdəki çıxışında xeyli zarafatlar etdiyi görünən şahzadənin xərçəng xəstəsi olan atası Kral III Çarlzın adını çəkməməsi gözlərdən qaçmayıb.
 
O, Böyük Britaniyaya Meqan Marklsız gəlib və orada cəmi 24 saat, kralla isə cəmi 45 dəqiqə vaxt keçirib.
 
Eyni zamanda, o, qardaşı, Şahzadə Uilyam ilə də görüşməyib. Bu da qardaşlar arasında olan küsülülüyün həddindən artıq ciddi olduğunu və onların hələ ki, barışığa hazır olmadığı fikirlərini ortaya atıb. 
 
Aysel 
OXŞAR XƏBƏRLƏR