Salyanda 5 kq narkotik vasitə aşkarlandı

Salyanda 5 kq narkotik vasitə aşkarlandı
KRİMİNAL
12:05 23.02.2026
264

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rauf Abuşov saxlanılıb. 
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərindən və yaşadığı ünvandan 5 kiloqram marixuana və çətənə kolları aşkarlanaraq götürülüb. 
R.Abuşov narkotik vasitəni sosial şəbəkələr vasitəsilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR