Salyanda avtomobil su kanalına aşıb, üç nəfər ölüb

Salyanda avtomobil su kanalına aşıb, üç nəfər ölüb
HADİSƏ
17:02 13.07.2025
415
Salyanda avtomobilin su kanalına aşması nəticəsində üç nəfər ölüb.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Parça Xələc kəndində qeydə alınıb. Belə ki, rayonun Seyidan kəndindən Gəncəli kəndinə doğru hərəkətdə olan "QAZ-31” markalı avtomobil yolun kənarındakı su kollektoruna düşüb.

Qəza nəticəsində Gəncəli kənd sakinləri; 1971-ci il təvəllüdlü Qafarov Sərraf Abbasağa oğlu, 1989-cu il təvəllüdlü Dəmirov Camal Mürşüd oğlu və 1987-ci il təvəllüdlü Həsənov Ramiq Vahil oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR