Salyanda dəhşət: ər-arvad yanaraq öldü

Salyanda dəhşət: ər-arvad yanaraq öldü
SOSİAL
10:15 26.02.2017
2843

 

Salyan rayonu, Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1943-cü il təvəllüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR