“Samir Bağırov evlənsəydi, bunu mətbuata özü xəbər verərdi. Onun evlənmək fikri yoxdur”. AZXEBER.COM-unpublika.az-aistinadən verdiyi xəbərə görə, müğənninin köməkçisi və yaxın dostu stilist Samir az öncə müğənninin evlənəcəyi barədə mətbuatda gedən xəbərlərin yalan olduğunu deyib. O eyni zamanda sənətçi dostunun həyatı barədə şok açıqlamalar verib: “Mən bir dəfə Samirə sual verdim ki, özündə qadınlara qarşı meyl hiss edirsən? Cavab verdi ki, həyatımda iki qadını görəndə kişi olduğumu hiss etmişəm; onlardan biri xalq artisti Aygün Kazımovadır, biri də gəncliyimdə sevdiyim qız. Hansı ki, həmin qız sonradan dünyasını dəyişdi və xoşbəxtlikləri yarıda qırıldı. Bəli Samirlə Aygün bir-birlərini dəhşət dərəcədə sevirdilər. Onda heç Namiq Qaraçuxurlu ortada yox idi. Samir deyir ki, Aygünlə olanda özünü xoşbəxt hiss edirmiş. Amma Aygünün hədsiz qısqanclığı bu sevgini yarımçıq qoyub.”