Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.
Rayonun Hacıallı kənd sakini 27 yaşlı Eynulla İbrahimov bu gecə döş qəfəsindən aldığı bıçaq yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Həkimlərin sözlərinə görə, ağciyəri zədələnən xəstə əməliyyat olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda yaralının vəziyyətinin stabil olduğu bildirilir.(Trend)