Samuxda gənc oğlan bıçaqlanıb

SOSİAL
02:42 31.10.2021
329
Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Sadıqov Xaliq Salam oğlu kütləvi dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol çiyin nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR