Santuşdan tarixi antirekord: Son 3 ildə 4-cü dəfə qovuldu

Santuşdan tarixi antirekord: Son 3 ildə 4-cü dəfə qovuldu
İDMAN
14:45 08.09.2025
294
Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb. 
 

AFFA-dan bildirilib ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.


AZXEBER.COM xəbər verir ki, Fernandu Santuş bununla da 3 ildə 4 dəfə qovulan məşqçi kimi tarixə düşüb.
 
O 15 dekabr 2022-ci il tarixində Portuqaliya yığmasında, 13 sentyabr 2023 tarixində Polşa yığmasından, 13 aprel 2024-cü il tarixində Türkiyənin "Beşiktaş" klubundan, bu gün isə Azərbaycan yığmasından kənarlaşdırılıb. 
OXŞAR XƏBƏRLƏR