Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.
Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
AZXEBER.COM Ayxan Abbasovun tərcümeyi-halını təqdim edir:
"Zirə", "Sumqayıt", "Turan" klublarının baş məşqçisi işləmiş Ayxan Abbasov 2024-cü ilin iyun ayında Şamaxı klubu ilə 1 illik müqavilə imzalayıb. 14 mart 2025-ci ildə o, Azərbaycan U-21 milli futbol komandasının baş məşqçisi təyin edilib və AFFA onunla 2 illik müqavilə imzalayıb.
U21-nin baş məşqçisi kimi 5 oyuna çıxan Ayxan Abbasovun komandası 1 qələbə qazana bilb.
Moldova 0:2 Azərbaycan
Şimali Makedoniya 0:0 Azərbaycan
Belarus 3:1 Azərbaycan
Azərbaycan 0:0 Monteneqro
Portuqaliya 5:0 Azərbaycan
Onu da xatırladaq ki, 44 yaşlı Ayxan Abbasov futbola 7 yaşında Buzovna qəsəbəsində, Bakının Əzizbəyov rayonunun "SDYUŞOR" İdman Məktəbində oynamağa başlayıb. İlk məşqçisi Böyükağa Abbasov olub. Azərbaycanın aşağı yaş və gənclər (17 və 19 yaşa qədər) yığmalarında çıxış edib.
Böyük futbolda çıxışlarına "Xəzri Buzovna" klubu ilə başlayıb. 1997/98 mövsümündə U18 komandasında əsas liqada oynayıb.
Sonra 6 ilini "Şəfa" klubunda keçirib (2002-ci ildə MOİK tərkibində icarədə olub).
2004–2005-ci illərdə "Turan"-da, 2006–2007-ci illərdə "İnter"-də oynayıb.
2007/08 mövsümü MKT-Araz klubunun tərkibində başlayıb. UEFA Kubokunun hər iki oyununda Polşanın Qrotslin klubuna qarşı klubda çıxış etdi, nəticədə İmişli komandası məğlub olaraq turnirdən kənarlaşdırıldı. Bu uğursuzluqdan sonra klub prezidenti komandanı buraxdı, Abbasov isə Ağdamın "Qarabağ" klubuna keçib. "Qarabağ"-da 4 il çıxış edib. 2011/12 mövsümündə "Turan"-da oynayıb.