Saqqallı qadını siz də tanıyın - FOTOLAR

MARAQLI
11:49 03.10.2013
2172

İndoneziyanın Teluk Bintan bölgəsindəki Penaqa kəndində yaşayan 39 yaşlıAqustina Dormanartıq 19 ildir ki, evdən eşiyə çıxmır.

Səbəb isə onun saqqallı olmasıdır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ilk övladını dünyaya gətirəndən sonra çənəsində sıx saqqal çıxmağa başlayan Aqustina ilk əvvəl bu bəlanın keçici olduğunu düşünüb.

Fəqət vaxt ötdükcə saqqal daha da uzanıb, sıxlaşıb.

Pərişan qalan Aqustina tüklərdən qurtulmağa çalışıb, üzünü qırxıb, epilyasiyaya əl atıb. Amma çifayda...

Onun səyləri heç bir nəticə verməyib və saqqal böyüməyə, genişlənməyə başlayıb.

"20 yaşım olanda bu bəlaya tutuldum. Bilməzdim ki, həyatım belə alt-üst olacaq. Kənddə küçəyə çıxanda uşaqlar mənə gülür, böyüklər lağ edirdilər. Hicabla dolaşırdım, yaşmaqlanırdım.

Amma özümü çox pis hiss edirdim. Əvvəllər üzümü qırxırdım, xüsusi kremlərdən istifadə edirdim. Heç bir nəticəsi olmadı. 13 ildir çalışıram, hər şey puçdur. Artıq usandım utanmaqdan, ağlamaqdan. Üzümü açıb küçəyə çıxmağa qərar verdim. Nə olar, olar", - iki övlad anası Aqustina deyib.

4 il əvvəl Aqustinanın bığı və sinəsində tüklər çıxmağa başlayıb.

19 və 3 yaşlı iki oğlu olan qadın özünü çox pis hiss edir.

OXŞAR XƏBƏRLƏR