Saxta sənəd düzəldən qadın barəsində cinayət işi açılıb

Saxta sənəd düzəldən qadın barəsində cinayət işi açılıb
KRİMİNAL
20:45 13.11.2013
2835
Bakıda saxta sənəd düzəldən qadın barəsində cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakininin qanunsuz əməlləri barədə Nərimanov rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Araşdırmalar zamanı Zübeydə Abdullayevanın özünə məxsus mənzilindən Tahir Məcidovun çıxarılması barədə mülki iddiasına Nərimanov rayon məhkəməsində baxılarkən, sonuncunun qarşılıqlı iddia verərək, məhkəməni mənzilin guya Z. Abdullayeva tərəfindən ona satılmasını inandırmağa çalışmaqla və sübutlar kimi mənzilin onun mülkiyyətinə keçirilməsi barədə saxta ərizəni məhkəməyə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasında əsaslı şübhələr olduğundan barəsində Cinayət Məcəlləsinin 294.1 (sübutları saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.(APA)

OXŞAR XƏBƏRLƏR