Saxta sənədlərlə avtomobil satan 2 fırıldaqçı tutulub

Saxta sənədlərlə avtomobil satan 2 fırıldaqçı tutulub
KRİMİNAL
13:15 21.11.2013
2136

Bakı şəhəri və Cəbrayıl rayon sakininin saxta sənədlər tərtib edərək avtomobilləri girovdan çıxarmaları və aldatma yolu ilə digər şəxslərə satmaları müəyyən edilib.

AZXEBER.COM  Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nəsib Gülməmmədov və Cəbrayıl rayon sakini Mirbaba Səfərovun "Bank of Baku" ASC-nin ipoteka müqaviləsi ilə girov altında olan 3 ədəd "Kia-Optima", 1 ədəd "Kia-Sorento", 1 ədəd "Jeep Grand Cherokee" və 1 ədəd "Hyundai" markalı avtomobillərin "Bank of Baku" ASC-nin adından Baş Dövlət Yol Polisinin ünvanına saxta məktublar tərtib etməklə həmin avtomobilləri girovdan çıxarmaları və aldatma yolu ilə digər şəxslərə satmaları müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR