AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, o, şou iştirakçılarının və fanların müsabiqə öncəsi toplaşdığı ən irimiqyaslı tanıtım layihəsi olan "Eurovision in Consert"də iştirak edəcək. Konsert müddətində ölkə təmsilçilərinin beynəlxalq media nümayəndələri ilə görüşü və gəzintilər də nəzərdə tutulur. Şou Niderlandın "Eurovision 2012" təmsilçisi Joan Frankanın çıxışı ilə açılacaq.Səbinə Babayeva həmçinin aprelin 29-da Londondakı "Eurovision" tədbirinə (Eurovision Party) qatılacaq.