“Şəbnəm Tovuzlunun fotosu keçən ilə çəkilib” - Açıqlama

MAQAZİN
12:45 09.07.2020
18119
Müğənni Şəbnəm Tovuzlu da istirahət üçün Türkiyəyə yollanıb.

AZXEBER.COM xəbər verir ki, müğənni Türkiyənin Antalya şəhərinin Alanya bölgəsində dincəlir. O,  həmin bölgədə istirahət edərkən hovuzda çəkilmiş şəklini "İnstagram" səhifəsində paylaşıb.

İzləyicilər onun Türkiyəyə necə getdiyini soruşsalar da, müğənni onların suallarını cavabsız qoyub.
 
Müğənni Şəbnəm Tovuzlunun prodüseri Şahanə onun Türkiyədə istirahətə yollanması barədə yayılan xəbərlərə münasibət bildirib.
O, bildirib ki, müğənninin fotolar keçən il Türkiyədə istirahət edərkən çəkilib. Sadəcə, Şəbnəm xanım yenidən fotoları yayımlayıb. Bu da insanlar tərəfindən düzgün anlaşılmayıb”,- deyə o, bildirib.

Qeyd edək ki, Şəbnəm Tovuzlunun istirahət üçün Türkiyəyə yollandığı haqqında xəbərlər yayılıb. Buna görə izləyicilər, ifaçını tənqid ediblər.
 

 


OXŞAR XƏBƏRLƏR

X Mostbet