Səbuhi Xanlarov: “İlkin məndən sonra “Fəlakət”i də sıxışdırır” - FOTOLAR

Səbuhi Xanlarov: “İlkin məndən sonra “Fəlakət”i də sıxışdırır” - FOTOLAR
MƏDƏNİYYƏT
17:20 09.02.2015
14611

Son zamanlar məşhurlaşan aktyor Səbuhi Xanlarov "Bozbash Pictures"dən uzaqlaşdırıldığı barədə məlumat vermişdik. Belə ki, bu layihədə Şəmi müəllim kimi tanıdığımız İlkin Həsəni onu "Bozmash Pictures"ə gətirməklə səhv etdiyini bildirib: "Bu mövsüm başlayanda bir səhv etdim, komandaya uyğun gəlməyən bir aktyor dəvət etdim. Bir neçə seriyadan sonra da onu uzaqlaşdırdım, hiss etdim ki, reytinqə ciddi təsir edir". Məsələ ilə bağlı Səbuhi Xanlarovla əlaqə saxladıq. AZXEBER.COM olaraq ona ünvanladığımız sual və cavablarımızı təqdim edirik: - Səbuhi bəy, İlkin Həsəni sizin lahiyədə qatılmağınızın səhv addım olduğunu və reytinqə ciddi təsir etdiyiniz üçün uzaqlaşdırdığını deyib. İlkin Həsəni çox başından böyük danışır. Onunla mənim aramda heç, bir maddi söhbət belə ola bilməz. Mən orda təmənnasız çəkilmişəm. Filmdən də sonra mənə belə olacaq, elə olacaq dedi və heçnə olmadı. Məni aldatdı. Reytinqə qaldıqda isə, mənim 34 mln 421 min izləyicim var. Bunun necə bir reytinq olduğunu özünüz yaxşı bilirsiniz. Mən onların reytinqini salmamışam. Tam əksinə qaldırmışam. Bəs bütün bunlar varsa əgər, İlkin Həsəni nə üçün sizi bu layihədən uzaqlaşdırdı? Sadəcə onlar gördülər ki, mən "Bozmash Pictures"dəki “Ünsiyyət” obrazımla onları reytinqdə qabağladığım üçün, məni sıxışdırmağa başladılar. Artıq “Fəlakət” obrazında olan Elşən də sıxışdırılır. Gəlin, İlkin Həsəni ilə mən şəhərə çıxaq. Görün hansımızın reytinqi çoxdur? Görün hansımız daha çox sevilirik? Hansımızın hörməti daha çoxdur? Onların söz balansları bitib deyə, bu cür reklama ehtiyac duydular. Çünki, mənim o insana heç bir zaman zərərim dəyməyib. Əgər o məni filmə çəkmək üçün, məndən maddi tərəfdən nəsə gözləyirdisə, problem yox idi, mən özüm onu ödəyərdim. Mən onun bu cür söz deməsini başa düşmədim

- Çəkilişlərdən öncə İlkin Həsəni sizə ssenaridə bu sözləri danış, bunlar olmaz kimi qadağalar qoyurdu?

Mən öz “youtube”da olan videolarımı çıxarmağı təklif etmişəm. Onlar, heç bir problem yoxdur, qalsın dedilər. Bir gün tanınmış teleaparıcı Dilarə Əliyeva məni proqramına qonaq çağırdı. Ancaq İlkin Həsəni kimsə mənə zəng etdikdə, icazə vermirdi. Səni ancaq məndən soruşsunlar. Kimə lazımsansa mənə zəng vursun deyirdi. Mən düşünmürdüm ki, o bunu paxıllıqdan edir. Yəni mən bu qədər ucuzlaşdım? - Səbuhi bəy, uzağa getməyək. Türk parodiyaçılardan Cem Yılmaz, Bəyaz və digərləri səhnəyə çıxaraq, necə gəldi danışırlar. Bəs bizim aktyorlar bu cür addım atdıqda nə üçün xoş qarşılanmır? Bizim insanlar heç kəsin qabağa getməsini istəmir. Adi bir misal çəkək. Hansısa bir şəxs xarici filmə baxmağa gedir. Ordakı aktyorlar ana, bacı, ölü-diri söyürlər. Ancaq onunla birlikdə bu filmə baxan, anası, bacısı, azyaşlı oğlu və ya qızı qızı, ya da həyat yoldaşı buna dərindən gülür. Amma mən hansısa bir videomda kiçik bir söyüş söyüm, o saat qlobal problemə çevirirlər. Niyə axı? Səbəb paxıllıqdır. Mən kimə nə etmişəm? Həmin insanların bəzilərinin İP-lərini də tapıram. Yeri gəldikdə, sözümü də deyirəm. Dostlarımın ailəsində belə məni sevirlər. Məni izləyirlər. Çünki onlar başa düşürlər ki, mən həm tənqid edirəm, həm də güldürürəm. Bəzi insanlar var ki, özlərini mənə oxşadırlar. Heç kəs mən ola bilməz.İlkin Həsəni Ermənistan prezidenti Serj Sarkisyanın cinayətkar olması ilə bağlı ona göndərilən petisiyadan imtina edib və deyib ki, mənimçün əsas Avropa oyunlarıdır. Bu fikrə münasibətinizi bilmək istərdik…

- Mənim səhifəmdə də bu petisiya paylaşılmışdı və mən bunu dəstəklədim. Mən də sevənlərimi, izləyicilərimi petisiyada dəstək verməyə çağırdım. Bir sözlə əlimdən gələni etdim. “Baku 2015” Avropa oyunlarını mən də dəstəkləyirəm. Var olsun xalqımız və onun təşkilatçıları. Düşünürəm ki, lazımlıdır ki, edirlər.

Ancaq mənim üçün ən öndə gedən Qarabağdır. Şəhidlərimizdir. Xocalıda soyqırıma məruz qalan həmyerlilərimizdi. Əslində nə qədər vətənpətvərvər olduğumu, məni ən azı mənim qədər tanıyan ailəm, ətrafım, çevrəm məni izləyən tamaşaçıların bir qismi yaxşı bilirlər. Bütün səmimiyyətimlə deyirəm, cəbhədən gələn hər üzücü xəbər üzüntüm, hər xoş xəbər isə sevincimdir.Vətəni qorumaq, uğrunda hər çətinliyə hazır olmaq bizim vəzifə borcumuzdur..

Bir daha deyirəm ki. Allah İlkin Həsəniyə ağıl versin! O nə danışdığının fərqində deyil.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib