03:25 Cümə, 22 Iyun 2018
SİYASƏT

Seçkiləri 22 min yerli müşahidəçi izləyəcək

17:31, 10.03.20181537
Seçkiləri 22 min yerli müşahidəçi izləyəcək
Bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.

AZXEBER.COM-un məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, bu, orta hesabla  hər məntəqəyə 4 yerli müşahidəçi düşməsi deməkdir.
 
MSK sədri indiyə qədər ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alınıb.
XƏBƏR LENTİ