Seçkiləri 77721 yerli və 883 beynəlxalq müşahidəçi izləyəcək

Seçkiləri 77721 yerli və 883 beynəlxalq müşahidəçi izləyəcək
Seçki2024
18:23 07.02.2020
2111
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 77 721 yerli müşahidəçi qeydiyyatdan keçib.

AZXEBER.COM xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR