10:02 Bazar Günü, 23 Sentyabr 2018
SİYASƏT

Seçkiləri izləyəcək ATƏT müşahidəçiləri martın 15-dən işə başlayacaq

14:06, 12.03.2018971
Seçkiləri izləyəcək ATƏT müşahidəçiləri martın 15-dən işə başlayacaq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri izləyəcək uzunmüddətli seçki müşahidə missiyası martın 15-dən işə başlayacaq.

 
Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
 
Məlumata görə, Koryan Yonkerin rəhbərlik etdiyi uzunmüddətli missiyaya Bakıda 10 daimi və ölkə boyunca 20 ekspert daxildir. Ekspertlər və uzunmüddətli ekspertlər 19 ölkənin təmsilçisi olacaq. Müşahidəçilər seçkilərə hazırlığı və milli qanunvericiliyə uyğun olub-olmadığını yoxlayacaq. Seçkilərdən bir neçə gün öncə isə 280-ə yaxın qısamüddətli seçki müşahidəçisi Azərbaycana gələcək.
 
Onlar seçki günü prosesləri nəzərdən keçirəcək, bülletenlərin, səslərin hesablanmasını müşahidə edəcək, həmçinin seçkidən sonrakı dövrü müşahidə edəcəklər.
XƏBƏR LENTİ