Səfir: "ABŞ-dan Ukraynaya hər gün silah göndərilir"

Səfir: "ABŞ-dan Ukraynaya hər gün silah göndərilir"
DÜNYA
12:46 17.04.2022
412
"ABŞ-ın Ukraynaya hərbi yardımı davam edəcək”.

Bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova "Ukrinform”a müsahibəsində deyib.

"Mən əminəm ki, Rusiyanın təhdidlərinə və ağır silahların tədarükünün dayandırılmasına dair tələblərinə baxmayaraq, Vaşinqtonun mövqeyi dəyişməyəcək. ABŞ-dan Ukraynaya hər gün silah göndərilir. Biz gözləyirik ki, yaxın gələcəkdə yeni sanksiyalar paketinin hazırlanmasının da şahidi olacağıq”, - o bildirib.

Qeyd edək ki, aprelin 16-da Ağ ev 800 milyon dollarlıq paketin bir hissəsi kimi ABŞ-dan Ukraynaya yeni hərbi yardımın ilk partiyasının çatdırıldığını açıqlayıb.

Rusiya Ukraynaya silah göndərən bütün ölkələrə bunun gözlənilməz nəticələrə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR