İrana humanitar yardımı biirinci Azərbaycan göndərib.
Bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu jurnalistlərə bildirib.
"Bu ortaq, müştərək mədəniyyətimizdən irəli gəlir ki, dar günlərdə bir-birimizə kömək edirik”, - diplomat qeyd edib.
O, humanitar yardıma görə Rusiyaya, eyni zamanda, humanitar yardımın çatdırılmasında köməkliyə görə Azərbaycana təşəkkür edib.










































