Səhnədə soyqırımı qurbanları anıldı

Səhnədə soyqırımı qurbanları anıldı
SOSİAL
16:12 27.02.2026
470
Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə növbəti tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, Müslüm Maqomayevn adına Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilən mərasimdə əvvəlcə 34 il öncə Ermənistanın Xocalı şəhərində həyata keçirdiyi soyqırımı zamanı həyatlarını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Sonra SENSERİTY teatr təşəbbüsünün iştirakı ilə "ANNENFELD oder AUF WIEDERSEHEN MAMA?” adlı tamaşa oynanılıb. Xocalı soyqırımının qurbanlarına həsr olunan tamaşa Əjdər Ulduzun müəllifliyi və rejissorluğu ilə ərsəyə gəlib. 

Tamaşada sıravi azərbaycanlıların ölkəmizdə məskunlaşan alman icmalarına qarşı xoş və mehriban münasibətindən bəhs edilir. Xalqımızın tarixən mənəvi dəyərlərə, humanizm prinsiplərinə sadiqliyi ön plana çəkilir. 

Tamaşadan sonra Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev rəhbərlik etdiyi qurumun yaranma tarixi, missiyası barədə məlumat verib, tamaşanın yaradıcı heyətinə təşəkkürünü bildirib. 

Cəmiyyətin İdarə Heyətinin üzvü, professor Həcər Verdiyeva qurumun xətti ilə keçirilən tədbirlər, hazırladığı nəşrlər barədə danışıb.   
OXŞAR XƏBƏRLƏR