Şəhriyar Məmmədyarov Rumıniyada çempion oldu

Şəhriyar Məmmədyarov Rumıniyada çempion oldu
İDMAN
17:14 14.06.2021
481
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic” turnirinin qalibi olub.
 
36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib.

Xallarının sayını 6-ya çatdıran Məmmədyarov çempion olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla heç-heçə edib. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.
OXŞAR XƏBƏRLƏR