Səki ilə gedən qadın bıçaqlandı

Səki ilə gedən qadın bıçaqlandı
DÜNYA
12:23 07.01.2024
178
İstanbulun Ümraniye şəhərində səkidə gedən Fazilet Doğan keçmiş həmkarı tərəfindən boğazından bıçaqlanıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ağır yaralanan Fazilet Doğan xəstəxanaya aparılaraq müalicə olunarkən, hadisəni törədən şəxs ətrafdakı vətəndaşlar tərəfindən döyülüb. 

Hadisə axşam saat 20:00 radələrində Namık Kamal bölgəsində baş verib. 

Fazilet Doğan səkidə gedərkən bıçaqla hücuma məruz qalıb. Boğazından bıçaqlanan Doğan qan içində yerə yıxılıb. Hadisə zamanı ətrafda olan vətəndaşlar təcavüzkara müdaxilə edib. Vətəndaşlar təcavüzkarın əlindən bıçağı götürərək şübhəlini döyüblər. Xəbər verildikdən sonra hadisə yerinə polis və təcili yardım briqadası göndərilib. 

Fazilet Doğanla şübhəlinin iş yoldaşı olduqları və şübhəlinin 2 ay əvvəl işini tərk etdiyi öyrənilib. 

Hadisə ilə bağlı istintaq davam edir. 

Oksana
OXŞAR XƏBƏRLƏR