Dünən Şəkidə törədilən qətlin üstü açılıb.
AZXEBER.COM xəbər verir ki, iyunun 5-i səhər saatlarında Şəkidə qətl hadisəsi baş verib. 34 yaşlı Zəhra Məlik qızı Əliyeva yaşadığı evdə bıçaqla qətlə yetirilib.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs - qadının həyat yoldaşı 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb. Belə ki, cinayətdən sonra o, hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.
Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.