Şəkidə süni göldə qadın meyiti aşkarlanıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Baş Göynük kənd ərazisində süni göldə həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Aygül Sərdar qızı Əhmədovanın meyiti tapılıb. Qadının hansı səbəbdən suda boğulması məlum deyil.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.