19:39 Cümə, 22 Noyabr 2019
SOSİAL

Şəkidə taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib

21:39, 24.06.20193811
Şəkidə taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib
Şəki rayonunda taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib.

Yanğın küləyin təsiri ilə güclənərək evlərə keçib və 3 evə ziyan dəyib. Yanğın nəticəsində 33 yaşlı Tural Nəmişov yanıq xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əraziyə Şəki, Oğuz və Yevlax rayonlarının dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır
XƏBƏR LENTİ