Selçuk Bayraktar Bakıda dünyanın ən böyük hava texnologiya festivalının keçirilməsini istəyir

Selçuk Bayraktar Bakıda dünyanın ən böyük hava texnologiya festivalının keçirilməsini istəyir
SOSİAL
15:00 01.04.2021
269
"Qarabağ məsələsi içimizdə 30 ildir ki, qanayan bir yara idi. Mühəndislər olaraq bu zəfərdə payımızın olması bizim üçün ən böyük şərəfdir”.

AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O bildirib ki, Bakıya gəlməsində əsas səbəblərindən biri də Bakıda dünyanın ən böyük hava texnologiya festivalı – Texnofestin təşkil olunmasıdır.

"Azərbaycana ziyərətimizin səbəblərindən biri də Texnofest festivalın keçirilməsidir. Bunu Azərbaycanda etmək və səlahiyyətli şəxslərin diqqətinə çatdırmaqdır”, - o bildirib.
OXŞAR XƏBƏRLƏR