18:32 Cümə Axşamı, 18 Oktyabr 2018
SİYASƏT

“Səməd Seyidov istefa verməlidir” - Elxan Şahinoğlu

21:28, 16.05.20185869
“Səməd Seyidov istefa verməlidir” - Elxan Şahinoğlu
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidovun AŞPA tərəfindən ona sanksiya tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara politoloq Elxan Şahinoğlu münasibət bildirib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, politoloq S.Seyidovun bugünkü mətbuat konfransında "Sanksiyaya baxmayaraq, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək” sözlərini təqdir etdiyini deyib:

"Səməd Seyidov Strasburqda son çıxışında demişdi ki, bu qurum ona lazım deyil. Mən də elə həmin gün status paylaşdım ki, sizə lazım olmaya bilər, ancaq bu qurumda üzvlük Azərbaycana lazımdır, çünki meydanı Ermənistana boş buraxa bilmərik. Ona görə də S. Seyidovun "Azərbaycan AŞPA-nın strukturları ilə əməkdaşlığı davam etdirəcək” sözlərini təqdir edirəm. O Strasburqdakı açıqlamasını korrektə etdi. Görünür, hakimiyyətin yuxarı pilləsində onu başa salıblar ki, "Sən Azərbaycan deyilsən, dövlətin adından danışma!”

E.Şahinoğlu S.Seyidovun indi başqa addım atmalı olduğunu da sözlərinə əlavə edib:

"O, yuxarıların qərarını gözləmədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir. Əslində bunu elə bugünkü mətbuat konfransında elan etsəydi yaxşı olardı. Azərbaycan AŞPA-da Ermənistanla döyüşür, sanksiya altında olan Səməd Seyidov bu mübarizədə bizə zərər verə bilər”.

XƏBƏR LENTİ