Şəmkir sakini oğlunun toyundakı dini mahnıya görə həbs edilib?

Şəmkir sakini oğlunun toyundakı dini mahnıya görə həbs edilib?
KRİMİNAL
10:49 16.07.2022
1060
Sosial şəbəkələrdə Şəmkir sakini Ramid Səfərlinin oğlunun kiçik toyu zamanı dini mahnı səsləndirdiyi üçün həbs oldunuğuna dair iddialar yayılıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, qeyd olunub ki, R.Səfərliyə buna görə 20 sutka, eyni zamanda toy mərasiminin keçirildiyi "Qoşa Çinar" şadlıq sarayının rəhbərinə isə 10 sutka inzibati həbs cəzası verilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu ilə əlaqə saxladıq. Qrupun baş inspektoru Eşqin Qasımov qafqazinfo-ya bildirdi ki, iddialar həqiqətə uyğun deyil:

"İyulun 14-də Ramid Səfərli telefon vasitəsilə övladına sünnət edən şəxslə danışan zamanı yüksək səslə nalayiq ifadələr işlədib və bu ətrafdakı insanların haqlı narazılığına səbəb olub. Ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq irad bildirən zaman o, hüquqazidd hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

Bundan başqa rayonun digər sakini Qulu Quliyev isə digər bir şəxslə mübahisə edən zaman  ətrafda olan insanlara məhəl qoymayaraq nalayiq ifadələr işlədib. Bununla bağlı polis əməkdaşı yaxınlaşaraq onu intizama dəvət etsə də, o polisin qanuni tələblərinə tabe olmayıb.


 
Hər iki şəxs haqqında İnzibati Xətalar Məcəlləsinin 510 ( Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə hər iki şəxs törətdikləri inzibati xətanı etiraf edərək səmimi peşmanlıqlarını bildiriblər. Məhkəmənin qərarı ilə Ramid Səfərli 20, Qulu Quliyev isə 10 sutka müddətinə inzibati qaydada həbs edilib".

"Əfsuslar olsun ki bəzi şəxslər heç bir əsas olmadan bu hadisəni bir neçə gün əvvəl keçirilən kiçik toy mərasimi ilə əlaqələndirməyə çalışır. Qeyd etmək istəyirəm ki, Azərbaycanda yaşayan hər kəs ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimləri yerinə yetirməkdə sərbəstdir", - DİN rəsmisi əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi