04:00 Bazar Ertəsi, 16 Sentyabr 2019
KRİMİNAL

Şəmkirdə doğuş zamanı ölüm

19:03, 26.08.20192502
Şəmkirdə doğuş zamanı ölüm

Şəmkir rayonu, Keçili kənd sakini Elməddin Quliyev yeni doğulmuş uşağının həkim səhlənkarlığı ucbatından dünyasını dəyişməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

İlkin yoxlama zamanı müəyyən edilib ki, onun həyat yoldaşı Bayramzadə Əsmər Tələt qızı 24 avqustda Şəmkir rayon doğum evinə müraciət edib. 2 kq 200 qram çəkidə olan uşaq doğuş zamanı ölüb. Boyu 49 sm, qadın cinsli olub. 

 

Məsələ ilə bağlı Şəmkir rayon prokurorluğunun iştirakı ilə hadisə yerinə baxış keçirilib. Məhkəmə tibbi ekspertizası təyin edilib. Hadisənin şahidlərinin ilkin izahatları alınıb. Fakta görə CM-nin 124.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması rayon prokurorluğuna tapşırılıb.

 

 

Qafqazinfo

XƏBƏR LENTİ