20:24 çərşənbə Axşamı, 20 Avqust 2019
KRİMİNAL

Şəmkirdə "Maqa" ləqəbli "reket" tutulub

17:45, 03.12.20131155
Şəmkirdə

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara hədə-qorxu gələrək onlardan pul tələb edən "Maqa" ləqəbli Məhəmməd İsmayılov saxlanılıb.Polis onu rayon sakini Ramin Cəlilovun şikayəti əsasında saxlayıb. Belə ki, M.İsmayılov bu ilin iyun ayından noyabr ayınadək müxtəlif vaxtlarda R.Cəlilova hədə-qorxu ilə gələrək ondan 2000 manatdan artıq pul almaqda ittiham edilir.Sonuncu belə cəhddə R.Cəlilov polisə müraciət edib. Nəticədə "reket" saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(Trend)

XƏBƏR LENTİ