Şəmkirdə yük maşını ilə “Mercedes” toqquşub - Ölən və yaralananlar var

Şəmkirdə yük maşını ilə “Mercedes” toqquşub -  Ölən və yaralananlar var
Bütün Xəbərlər
14:34 12.11.2013
985

Ötən gecə Şəmkirdə bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Bu barədə məlumatı AZXEBER.COM-a Dövlət Yol Polisi İdarəsindən veriblər.Məlumata görə hadisə ötən gecə saat 22:30 radələrində Bakı-Qazax magistral yolunun 374-cü kilometrliyində, Şəmkir rayonu Könüllü kəndi ərazisində baş verib. Kənd sakini, 54 yaşlı Raqif Hüseynovun idarə etdiyi “QAZel” markalı yük avtomobili ilə Gürcüstan respublikası vətəndaşı, 22 yaşlı Muras Sadıqovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil toqquşub.“QAZel”in sürücüsü R.Hüseynov hadisə yerindəcə dünyasını dəyişib. “Mercedes Vito”da olan 4 sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Onlardan 3-nə ambulator yardım göstərilərək evə buraxılıb. Bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə hadisəyə “QAZel”in qəfil magistral yola çıxması səbəb olub.Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR