Səmra yeni ifasını təqdim etdi - VİDEO

Səmra yeni ifasını təqdim etdi - VİDEO
MAQAZİN
13:12 24.10.2025
174
Müğənni Samra uzun müddətdir üzərində çalışdığı "Haxışta” adlı mahnısını və klipini təqdim edib.

AZXEBER.COM xəbər verir ki, layihənin musiqisi Kamil İsmayılova, sözləri isə Səmra və Od-ya aiddir.
 
Aranjiman Emin Məmmədov, miks və masterinq isə Şəmxal Novrulu tərəfindən hazırlanıb. Klip Bakıda lentə alınıb. Rejissor və layihə rəhbəri İlahə Baxşıyevadır.

Samra bu dəfə də cəsarətli və fərqli obrazlara üstünlük verib. Rəngli görüntülər, rəqs və orijinal tərz ekran işində xüsusi diqqət çəkir. Müğənni bildirib ki, layihə anası İlahə Baxşıyevanın ideyasıdır və 3 il əvvəl yaranıb: 

"Bu trekin sözləri günümüzə aiddir. Müxtəlif sahələrdə cəmiyyətin problemlərindən bəhs edir. Hər kəsin düşündüyü, amma dilləndirə bilmədiyi mövzular əks olunub”.

Qeyd edək ki, klip Səmranın "YouTube” kanalında, mahnı isə bütün rəqəmsal platformalarda yayımlanıb.
 
Aysel

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR