Sentyabr ayında BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub

İQTİSADİYYAT
10:00 14.10.2013
1516

Sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 327 min 83 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata əsasən, cari ilin yanvar-sentyabr aylarında bu kəmərlə 22 milyon 547 min 88 ton neft ötürülmüşdür.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il oktyabr ayının 1-ə qədər BTC-yə 227 milyon 998 min 902 ton neft vurulub.Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə 200 min 688 ton Türkmənistan nefti nəql olunub.

OXŞAR XƏBƏRLƏR