Sərhəddə böyük iğtişaş: Minlərlə miqrant ABŞ-a girməyi hədəfləyir

Sərhəddə böyük iğtişaş: Minlərlə miqrant ABŞ-a girməyi hədəfləyir
DÜNYA
12:00 25.12.2023
149
10 minə yaxın miqrant ABŞ-dan Qvatemala sərhədinə yola düşüb və Meksika sərhədindən ABŞ-a daxil olmağı hədəfləyir.
 
AZXEBER.COM Qərb KİV-ə istinadən məlumat verir ki, ABŞ rəsmiləri də keçən ildən bəri bölgədəki ən böyük mühacir yürüşünə qarşı sərhəddə həyəcan keçirirlər.

Meksikalı fəal Luis Rey Qarsiya Villaqranın rəhbərliyi ilə yürüşə çıxan mühacirlərin bir qismi dünən gecə ABŞ sərhədinə çatıb.
 
24 ölkədən gələn yoxsul məcburi köçkünlər arasında təxminən 3 min uşaq var.

ABŞ rəsmiləri qeyd edib ki, təkcə noyabr ayında Meksikadan ABŞ-a 242 mindən çox qeyri-qanuni miqrant keçib. 

ABŞ Prezidenti Co Bayden ötən həftə görüşdüyü Meksika lideri Luis Obradorla sərhəddə təhlükəsizliyi artırmaq üçün razılığa gəlib.
 
Obrador isə ABŞ-ın Kuba və Venesuelaya tətbiq etdiyi sanksiyaların aradan qaldırılması və Latın Amerikası ölkələrinə yardımların artırılmasının miqrant böhranını yüngülləşdirəcəyi vədini verib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR