Sərhədlərimizdə sülh qurulub, tamamilə yeni vəziyyət yaranıb - İlham Əliyev
SİYASƏT
18:25 14.02.2026
256
Azərbaycan Prezidenti İlham Əliyev bu il Ermənistanla sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.
AZXEBER.COM xəbər verir ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti. Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində xatırladıb ki, sülh sazişi paraflanıb.
"Bu ABŞ Prezidentinin iştirakı ilə baş tutdu. Həmçinin Ermənistanın Baş naziri və mənim imzaladığım birgə bəyannaməyə dəmçinin Donald Tramp tərəfindən də imzalanıb. Sərhədlərimizdə sülh qurulub. Tamamiıə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kim yaralanmır, heç kim qətlə yetirilmir".