"QAZ-2410" markalı avtomobil Ermənistan prezidentinin iqamətgahının darvazasına çırpılıb.
Bu barədə Ermənistan polisi rəsmi saytında xəbər verir. Sürücü təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. İnsident dünən baş verib. Polis əməkdaşları 1972-ci il təvəllüdlü Vaçaqan İsayan adlı sürücünün hadisə baş verən zaman spirtli içkinin təsiri altında olduğunu aşkar edib.Trend-in məlumatına görə, xəbəri RİA “Novosti” yazır. Vaçaqan İsayan saxlanılıb və insidentin baş verdiyi şərait araşdırılır. Polis istintaq aparıldığını bildirib.